Hesabınızı necə düzəldə bilərsiniz?

Doktorların portaldan istifadəsi üçün kömək səhifəsi



Qeydiyyatdan necə keçə bilərəm?

Aşağıdakı adresə daxil olaraq e-mail və şifrənizi yazardıqdan sonra qeydiyyatın ilkin mərhələsini keçirsiniz.

Həkimlər üçün



Qeydiyyata başla düyməsinə klik edib əsas qeydiyyata bölməsinə keçid edirsiniz.
Qarşınıza çıxan qeydiyyat formunu tam əksiksiz şəkildə doldurursunuz. Əgər diplomunuzun şəkilini yükləmək istəmirsinizsə o bölməni boş buraxa bilərsiniz. Amma, diplomunuzu yükləsəniz profilinizdə təsdiqlənmiş hesab işarəsi görünəcəkdir. Qeyd edək ki, diplomunuz profilinizdə görünməyəcəkdir. Yalnız sistemdə saxlanılacaqdır.




Qeydiyyatdan keçdim, nə etməliyəm?

Qeydiyyatdan keçdikdən sonra 24 saat içində sistem moderatorları sizin məlumatlarınızı yoxladıqdan sonra hesabınızı təsdiqləyəcəklər. Bundan sonra siz aşağıdakı adresə daxil olaraq şəxsi məlumatlarınızı yaza bilərsiniz.

Daxil Ol




Hesab ayarlarıma necə düzəliş edə bilərəm və profilimə şəkil necə yükləyə bilərəm?

Hesabınıza daxil olduqdan sonra sol tərəfdə hesab ayarlarına daxil olaraq lazımı hissələrdə dəyişiklik edə bilərsiniz.




İşlədiyim yeri və adresi necə əlavə edə bilərəm?

Hesabınıza daxil olduqda sol tərəfdə görünən işlədiyi yer və adres hissəsindən ilk olaraq işlədiyiniz qurumu seçirsiniz. Özəl və ya Dövlət qurumu olduğunu. Əgər hər ikisində çalışırsınızsa hər ikisi sözünü seçirsiniz.
Əgər hər iki qurumda işləyirsinizsə ilk olaraq yuxarıda dövlət müəssisənin adını yazırsız onun alıdan müəssisənin adını yazaraq xəritədə tapırsınız.
Sonra aşağı gələrək özəl qurumun adını seçirsiniz. Əgər işlədiyiniz özəl qurumun adını siyahıda tapmasanız həmin səhifədə Adminə yaz hissəsinə daxil olaraq oradan işlədiyiniz qurumun adını və ünvanını bizə yaza bilərsiniz.




Məzun olduğum universitet(lər)i , işlədiyim yerləri və praktika keçdiyim haqqında məlumatları necə əlavə edə bilərəm?

Hesabınıza daxil olduqdan sonra sol tərəfdə görünən hissəyə daxil olaraq haqqımda bölməsinə özünüz haqqında geniş yaza bilərsiniz.
Sonra alt hissələrə düşərək Məzun olduğunuz universitet, indiyə kimi işlədiyiniz yerlər, praktika keçdiyim yerlər, bildiyiniz dillər, iş stajınızı, iştirak etdiyiniz seminarlar, aldığınız mükafatlar, icra etdiyiniz prosedurlar və müalicə etdiyiniz xəstəlikləri yaza bilərsiniz ki, bu da pasientlərin sizə rahat əlaqəsinə kömək edəcəkdir.



.

Müalicə etdiyim xəstəlikləri niyə yazmalıyam?

Siz ixtisasınızı seçdikdən sonra müalicə etdiyiniz xəstəliklər haqqında yazmalısınız. Çünki, pasient axtarış hissəsində ixtisas deyil də bir xəstəlik üzrə axtarış verərək sizi rahatlıqla tapa bilər.
Onun üçün hesab ayarlarınızdan hesabınızı daha zəngin məlumatlarla doldurmaq sizin üçün faydalı olacaqdır.

Pasientləin verdiyi sualları necə cavablandıracam?

Pasientlər saytda qeydiyyatdan keçdikdən sonra şikayətinə uyğun olan doktora sual yaza bilər. Bu sualları siz hesabınıza daxil olduqdan sonra sol tərəfdə suallar hissəsinə daxil olaraq görə bilərsiniz.
Suallar zamanı suala sualla cavab yazmaq, diaqnoz qoymag, dərman yazmaq, 3-cü şəxsə yönləndirmək olmaz. Yalnız məlumatlandırma xarakteri daşımalıdır. Bununla siz pasientlər içində rəğbət qazana bilərsiniz
Pasientlər sizə sual yazdığı təqdirdə e-mail vasitəsi ilə bildiriş alacaqsınız. E-maildə qeyd olunan keçidə daxil olaraq suala rahatlıqla cavab yazacaqsınız.
.