Tibbi Təcrübə

Tibbi Təcrübə



Bizim vasitəçiliyimiz ilə İstanbul, Ankara, İzmir şəhərlərinin ən yaxşı xəstəxanalarında tibbi praktika keçə bilərsiniz.
Ətraflı məlumat üçün http://turkiyedepraktika.com saytımızı ziyarət edin.

Hansı xəstəxanalarda tibbi praktika keçə bilərəm?

Türkiyə sərhədləri daxilində olan bütün xəstəxanalarda praktika keçə bilərsiniz. Xəstəxanalar 3 qrupa ayrılır:

1. Dövlət eğitim və araşdırma xəstəxanaları

2. Universitet xəstəxanaları

3. Özəl xəstəxanalar
Xəstəxana seçimi sizdən olur, amma biz də uzun illik təcrübəmizə dayanaraq xəstəxana seçimində ən düzgün qərarı verməkdə sizə kömək edirik.

Hansı ixtisaslar üzrə praktika keçmək mümkündür?

Xəstəxanaların demək olar ki, bütün şöbələrində praktika keçə bilmənizi təmin edə bilərik.

Türkiyədə praktikaya nə zaman gedə bilərəm?

Türkiyədə praktikaya ilin 4 fəslində də gedə bilərsiniz. Getmək istədiyiniz zamanı siz seçirsiniz, biz göndəririk. Yalnız, praktika keçmək istədiyiniz zamandan bir müddət qabaq bizə müraciət etməyiniz lazımdır.

Praktikanın sonunda sertifikat verilirmi?

Türkiyədə Praktika keçən hər bir tələbə və həkimə praktikanı keçdikdən sonra sertifikat verilir. Sertifikatın üzərində praktika keçdiyi xəstəxananın adı, praktika keçdiyi tarix, praktika keçdiyi ixtisas, kuratorun və digər rəsmilərin imzası olur.
Sertikatlarımızın bəziləri ilə saytımızın sertifikatlar bölməsindən tanış ola bilərsiniz.

Verilən sertifikatla işə düzələ bilərəmmi?

Həkimlərimiz tərəfindən ən çox verilən suallardan biridir. Bildiyimiz kimi həkim olaraq işə düzəlmək üçün ilk öncə diplom və digər rəsmi sənədlər tələb olunur. Amma, praktikanın sonunda verilən sertifikat isə onu bildirir ki, siz praktikada olduğunuz müddət ərzində bilik və bacarığınızı artırmısınız. Bu sertifikatı təqdim edərək bir pillə öndə ola biləcəksiz. Lakin işə düzələcəyinizə zəmanət vermir.

Praktika xidmətinə nələr daxildir?

Praktika xidmətinə TAM PAKET olaraq aşağıdakılar daxildir. Amma istəkdən asılı olaraq hər hansı xidməti çıxmaq mümkündür. Digər paketlərimiz haqqında məlumat almaq üçün sonda verilən saytımıza keçid edə bilərsiniz.
• Gediş - Gəliş təyyarə bileti
• Transfer (Hava limanından yurda - yurddan hava limanına)
• Qalacaq yer
• Gündə 1 dəfə yemək (səhər yeməyi)
• Fərdi qəza sığortası
• Sonda sertifikat