İstifadə Şərtləri

DoktorTAP.Com - İstifadə Şərtləri

Haqqımızda

DoktorTAP.Com – Pilot layihə olaraq 2016-ci ildən başlasa da, əsas fəaliyyəti bir neçə il əvvəllərə söykənir. DoktorTAP.Com dünyada sınaqlarından keçmiş sistemin ölkəmizdə tətbiqini həyata keçirir. Bu sistemdən sonra ölkəmizdə bu portal bənzəyən portallar fəaliyyətə başlasa da, bizim fərqliliyimiz və üstünlüyümüz bizi daim öndə olmağa kömək edir.

DoktorTAP.Com saytının əsas yaranma məqsədi pasientlərlə doktorlar arasında sağlam bir körpü olmaqdır. Pasient işlərindən ayrılmadan və dəyərli zamanına qənaət edərək sadəcə 2 dəqiqə içində zəngin axtarış sistemimiz vasitəsi ilə istəyinə uyğun doktor tapacaqdır. Daha bir neçə axtarış kəlmələrini yazmağa məcbur deyil, İstəyinə uyğun olaraq - Doktorun ixtisasını, xəstəliyin adını, prosedur adını, məkan və ya müəssisə adını yazaraq daha düzgün seçim üzrə doktor tapa biləcəkdir.

Qeydiyyat zamanı lazım ola biləcək məlumatlar

Qeydiyyat zamanı bu məlumatların yazılması mütləqdir: e-mail, şifrə, ad, soyad, doğum tarixi, telefon nömrəsi .

Doktrolar üçün diplomlarının scan olunmuş formasi (şəkil formatında) və şəxsiyyət vəsiqəsinin şəkilini yükləmələri mütləqdir. Bu məlumatlar yalnız həkimlərin həqiqiliyinin yoxlanması üçündür. Diplomlarının şəkilini göndərən doktorlar təsdiqlənmiş hesab olur. Diplomlarını sistemə yükləməyən doktorlara "təsdiqlənmi hesab" işarəsi qoyulmayacaqdır.

Klinikaların qeydiyyatı üçün ilkin olaraq klinikaya məxsus e-mail adresi, şifrə, klinikanın adını yazmağınız şərtdir. Profil yoxladıldıqdan sonra digər məlumatların yazılması isə zəruridir.

Suallarn yazılması:

İstifadəçi saytımızda qeydiyyatdan keçdikdən sonra şikayətinə uyğun doktoru taparaq sual verə bilər. Doktor sualı uyğun gördükdən sonra sualınıza cavab yazacaqdır. Sual yazarkən dərman adı, klinika və ya digər doktor adı, müayinə qiymətinin və eləcə də müalicənin yazılması istənilə bilməz. Müayinə və müalicə üçün doktorunuzdan uyğun saat alaraq qəbula yazıla bilərsiniz Qeyri ciddi və etik qaydalara uyğun olmayan olan suallar cavablandırılmayacaqdır.

Doktorların sualları cavablandırması:

Üçüncü bir şəxsə yönləndirilmək, cavab yazan zaman suala sualla cavab yazmaq olmaz. Rəqabət edilməməli və xəstə qazanmaq məqsədi ilə olmamalıdır. Cavablarda kəskin diaqnoz qoymaq və ya müalicə məqslədli yazılar yazmaq və müayinə qiymətləri yazmaq olmaz. .

Doktorlarla randevu ayarlanırken gerekli olan veri:

Bir doktorla randevu ayarlarken adınızı, soyadınızı, telefon numaranızı, e-posta adresinizi ve bazı durumlarda kimlik numaranızı vermeniz gerekmektedir. Bu veri randevunun yapıldığı doktor ile muhtemel olarak doktorun kuruluşundaki ilgili resepsiyon masasındaki kişilere gösterilecektir. “Doktor için bilgiler” kısmına sağlık durumu ile ilgili bilgiler doldurmak yasaktır; bu alan sadece doktora randevu ayarlanması için gerekli olan teknik bilgileri girmek amacıyla kullanılmalıdır.

Şəxsi məlumatlar

DoktorTAP.Com, istifadəçilərə qeydiyyatdan keçmək, hesablarındakı məlumatlara dəyişiklik etmək və hesablarını silmək kimi xidmətlər verir. Qeydiyyatdan keçərkən yazılan əlaqə məlumatlarınıza (telefon nömrəsi və ya e-mail adresinə) məlumatlandırıcı və reklam xarakterli məlumatlar göndərilə bilər.

Doktorlar tərəfindən yayılan məlumatlar

Doktorlar və klinikaların profillərində yazılan məlumatlar və suallar internetə çıxışı olan hər kəs üçün açıqdır.

İstifadəçilər və doktorlara göndərilən məlumatlar

DoktorTAP.Com bütün istifadəçilərə, DoktorTAP.Com portalındakı əsas dəyişikliklərlə bağlı məlumat xarakterli e-mail göndərmək haqqına malikdir. DoktorTAP.Com ayrıca olaraq, istifadəçi və doktorlara, reklamlar və ticari məlumat xarakterli məlumatlar da göndərə bilər.